AzBa
Contact

Quraşdırma, inteqrasiya və test mühəndisi

pinOn-site
pinInternship
pinSeptember 29, 2026
pin11:02 AM

Vəzifə öhdəlikləri:

  • Kosmik aparatın komponent və altsistemlərinin elektrik inteqrasiyası və sınaqlarını aparmaq;
  • Komponent və altsistemlərin dizayn sənədlərini nəzərdən keçirmək və funksionallığını yoxlamaq;
  • Kosmik aparatın sınaqları üçün sınaq spesifikasiyalarına əsasən prosedurlar hazırlamaq, nəticələri sənədləşdirmək və hesabatlar tərtib etmək;
  • Sınaq mühitini qurmaq və ölçü avadanlıqlarını işlətmək;
  • İnteqrasiya və sınaq proseslərində Elektrik Yer Dəstək Avadanlıqları (EGSE) ilə işləmək;
  • İnterfeyslərin (RS-422, LVDS, UART, TTL, SPI, CANBUS və s.) elektrik testlərini aparmaq, o cümlədən gərginlik, zamanlama və müqavimət analizlərini həyata keçirmək;
  • Elektrik qoşqu (naqil dəsti) üzrə işləri (krimpləmə, birləşdirmə, konnektor montajı) standartlara və çertyojlara uyğun icra etmə;
  • Ətraf mühit sınaqları zamanı kosmik aparat sistemlərinin funksional və performans yoxlamalarını aparmaq;
  • Avtomatlaşdırılmış test skriptlərini (C#, Python) hazırlamaq və sazlamaq;
  • Layihə komandaları ilə sıx əməkdaşlıq etmək və texniki dəstək göstərmək.


Tələblər:

  • Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, Aerokosmik mühəndislik və ya əlaqəli texniki sahə üzrə bakalavr dərəcəsi;
  • Elektronikanın əsas anlayışları barədə (gərginlik, cərəyan, müqavimət və əsas dövrə iş prinsipləri) güclü biliklər;
  • Sensor və aktuatorların (məsələn, Günəş sensorları, maqnitometrlər, maqnit tork cihazları, reaksiya çarxları) iş prinsipləri haqqında ümumi biliklər
  • Seriyalı rabitə protokolları (UART, SPI, CAN bus) və fiziki səviyyə standardları (TTL, RS-232, RS-422/485, LVDS) ilə tanışlıq və onların praktikada təqtbiq olunması bacarığı;
  • Mühəndislik layihələrində elektron bloklarla və ya altsistemlərlə işləməkdə minimum 1 il təcrübə (sistem inteqrasiyası, AIT və ya aerokosmik/müdafiə layihələrində təcrübə üstünlükdür);
  • Laboratoriya avadanlıqlarından (osiloskop, multimetr, enerji mənbələri və s.) istifadə bacarığı;
  • Elektrik sxemləri və elektron dizayn alətləri (Proteus, AutoCAD Electrical, KiCad) ilə təcrübə;
  • Proqramlaşdırma bacarıqları: C# və Python (test skriptlərinin yazılması);
  • MS Office (Word, Excel, PowerPoint, Visio) proqramlarında sərbəst işləmə bacarığı;
  • İngilis dilində effektiv ünsiyyət bacarığı (şifahi və yazılı; texniki sənədləşdirmə və təqdimatlar) - B2 və ya daha yüksək səviyyə;
  • Təchizatçılar və beynəlxalq tərəfdaşlarla texniki müzakirələr aparmaq bacarığı.
  • Layihə fəaliyyətlərini dəstəkləmək üçün uzunmüddətli xarici ezamiyyə və ya səfərlərə hazır olmaq;
  • Aerokosmik sistemlər və standartlar üzrə biliklər (üstünlükdür).


Bilik və bacarıqlar:

·      Müstəqil və komanda şəklində işləmək bacarığı;

·      MS office (Word, Excel, PowerPoint, Visio) proqramlarında işləmək bacarığı;

·      Faktlar əsasında qərar qəbul etmək bacarığı;

·      Aerokosmik sistemlər haqqında biliklərə üstünlük verilir

Dil bilikləri:

·      Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)

·      İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)

Dil bilikləri:

·      Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)

·      İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)

Share

http://azba.az/en/careers/6

Apply for this position

+994
Max. 3 mb, PDF, DOC or DOCX format
Quraşdırma, inteqrasiya və test mühəndisi | AZBA