AzBa
Contact

Müştəri meneceri

pinOn-site
pinFull time
pinSeptember 29, 2026
pin11:05 AM

Əsas funksiyalar:

·        Struktur bölmədə sənədlərin idarə olunması prosesini təmin etmək;

·        Satış menecerləri ilə birgə layihələr üzrə kommersiya danışıqlarında iştirak və dəstək;

·        Daxili departamentlərlə (Marketinq, Maliyyə, Hüquq, CİS və s.) koordinasiyalı işləmək;

·        Tender proseslərində iştirak və satış menecerlərinə dəstək;

·        Müştərilər və layihələr barədə mütəmadi hesabatlar və proqnozların hazırlanması;

·        Satış hədəflərinə çatmaq üçün KPI-ların icrasına cavabdeh olmaq;

·        Mövcud müştəri bazasının qorunması və inkişafı üçün aktiv kommunikasiyanı təmin etmək;

·        Mövcud müştərilərlə əlavə satış (upsell) və çarpaz satış (cross-sell) imkanlarının müəyyən edilməsi və reallaşdırılması;

·        Müştəri dəstəyi və müştəri qayğısı üzrə effektiv yanaşmaların tətbiqi;

·        CRM sistemində müştəri və layihə məlumatlarının əlavə olunması və yenilənməsi;

·        Müvafiq xidmət aktlarının və hesab-fakturaların koordinasiyası və təqdim edilməsinə nəzarət;

·        Müqavilə şərtlərinə uyğun xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə.

Tələblər:

Təhsil: Ali təhsil (Coğrafi informasiya sistemləri, idarəetmə, iqtisadiyyat, biznesin təşkili və ya oxşar sahələr üstünlükdür);

İş təcrübəsi: 3+ il müştəri münasibətlərinin idarə olunması və ya satış sahəsində təcrübə;

Bilik və bacarıqlar:

·        Partnyorlar və müştərilərlə işin idarə olunması;

·        Korporativ maliyyə üzrə fundamenmtal biliklər;

·        Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;

·        Fərqli formatda görüşlərin təşkil olunamsı və təqdimatların keçirilməsi bacarıqları;

·        Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı;

·        Analitik və tənqidi düşünmə qabiliyyəti, sürətli öyrənmə, adaptasiya;

·        Müştəri yönümlü yanaşma və aktiv satış bacarığı;

·        Komandada işləmək və müxtəlif departamentlərlə effektiv əməkdaşlıq etmək bacarığı;

·        Təşəbbüs göstərmə və innovativ yanaşma;

·        Özünə inam və əminlik;

·        Yaxşı planlaşdırma bacarıqları;

·        Sərbəst işləmək;

·        Bütün səviyyədə çalışan həmkarlarla əməkdaşlıq bacarığı;

Dil bilikləri:

·        Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)

·        İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)


İş qrafikı:

  • İş qrafiki : Tam iş günü (həftəarası 5 gün)
  • İş saatları: 09:00-18:00


Share

http://azba.az/en/careers/7

Apply for this position

+994
Max. 3 mb, PDF, DOC or DOCX format
Müştəri meneceri | AZBA