Mühasibat və vergi məsləhəti

Bütün vergi və mühasibatlıq məsələlərinizi bizə etibar edə bilərsiniz. Biz mühasibat və vergi uçotu ilə bağlı hər-hansı bir mövzuda sizə məsləhət verməyə hazırıq. Müştərilərimizə mühasib ilə çalışmağa başlamağı hələ VÖEN hesabının açılmasından öncə məsləhət görürük, çünki bu, vergi siyasətinin təməlini erkən mərhələdən düzgün qurmağa imkan verir. Biznesinizdə itkilərə yol verməmək məqsədilə bu məsləhətə hər bir müştərimizi əməl etməyə dəvət edirik. Artıq fəaliyyət göstərən şirkətlərin də mühasibat və vergi məsləhətinə ehtiyacları olur. Buna səbəb qeyri-adi problemlərlə üz-üzə gəlmələri və qanunvericilikdə baş verən dəyişikliklər ola bilər. İlbəil vergi ödəyicilərinin xeyrinə dəyişən qanunlarla ayaqlaşmaq çətin olur. Bu zaman problemin həll yolunun tapılması uzun zaman ala bilər. Belə hallarda peşəkar məsləhət almaq mütləqdir. Fəaliyyət sahəniz üzrə peşəkar mühasibat və vergi konsultasiyası almaq üçün bizə müraciət edin. Aşağıdakı formu dolduraraq xidmətlərimizdən yararlanın.